"PASHA Yatırım Bankası" korporativ not emissiyası yerləşdirib

"PASHA Yatırım Bankası" korporativ not emissiyası yerləşdirib Notların tədavül müddəti sentyabrın 25-də bitir
Maliyyə
10 Aprel , 2017 13:09
PASHA Yatırım Bankası korporativ not emissiyası yerləşdirib

Bakı. 10 aprel. REPORT.AZ/ Türkiyədə fəaliyyət göstərən "PASHA Yatırım Bankası" 171 günlük 27 mln. türk lirəsi həcmində korporativ not emissiyasını uğurla yerləşdirib. "Report" Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) istinadən xəbər verir ki, bu qərar Bankın İdarə Heyəti tərəfindən martın 31-i verilib. 

Notlar rezidentlərə satılıb. Notların tədavül müddəti sentyabrın 25-də bitir. Emissiya qiyməti isə 94,343 lirə təşkil edir. Notlar üçün ödəniləcək gəlirlilik illik 12,8%-dir.

Son xəbərlər

Orphus sistemi