"Paşa Bank"ın aktivləri 42% artıb

"Paşa Bank"ın aktivləri 42% artıb Kredit portfelinin 13,6%-i problemli kreditlərin payına düşür
Maliyyə
22 Aprel , 2016 11:04
Paşa Bankın aktivləri 42% artıb

Bakı. 22 aprel. REPORT.AZ/ "Paşa Bank" ASC-nin aktivləri illik müqayisədə 42,1% artaraq 2016-cı il aprelin 1-nə 1 963,387 mln. manata çatıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə nağd vəsaitlər üzrə 1,81% azalma müşahidə olunub və nağd vəsaitlərin həcmi 65,973 mln. manata enib. Müştərilərə verilmiş kreditlərin həcmi isə 19,68% artaraq 735,237 mln. manata yüksəlib.

Cari il aprelin 1-nə Bankın kredit portfelinin 13,59%-i və ya 99,931 mln. manatının ödəniş vaxtı keçib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 13,72% və ya 84,293 mln. manat olub.

Depozit portfelinin həcmi illik müqayisədə 67,36% artaraq 1 162,179 mln. manata yüksəlib. Bunun da 84,047 mln. manatı fiziki şəxslərin tələbli, 164,505 mln. manatı fiziki şəxslərin müddətli depozitlərinin payına düşüb.

Cari il aprelin 1-nə "Paşa Bank"ın nizamnamə kapitalı dəyişməz qalaraq 333 mln. manat təşkil edib. Məcmu kapital isə (tutulmalardan əvvəl) 18,0% artaraq 391,98 mln. manatı ötüb. 

Son xəbərlər

Orphus sistemi