​"Paşa Sığorta" şirkəti yeni aksiya keçirir

​"Paşa Sığorta" şirkəti yeni aksiya keçirir Yeni kampaniyanın əsas məqsədi müştərilərə daha aşağı qiymətə xidmətin təqdim olunmasıdır
Maliyyə
2 May , 2016 09:40
​Paşa Sığorta şirkəti yeni aksiya keçirir

Bakı. 2 may. REPORT.AZ/ “Paşa Sığorta” ASC 10 illik yubileyi ilə əlaqədar yeni, “10 il sürən endirim görər” adlı avtonəqliyyat vasitələrinin KASKO sığortası kampaniyası elan edib. Bu barədə “Report”a şirkətin mərkəzi ofisindən məlumat verilib.

Qurumdan verilən açıqlamaya görə, məhsulun əsas məqsədi müştərilərə daha az vəsait sərf edərək maksimum güvənlik bəxş etməkdir.

Kampaniyanın şərtlərinə görə, 10 illik sürücülük təcrübəsinə malik olan müştərilər KASKO sığortası məhsulunu əldə edən zaman 20%-lik endirimdən yararlanmaq imkanı qazanırlar.

Yalnız 2006-cı ildə sürücülük vəsiqəsini əldə edən müştərilər bu kampaniyadan yararlana bilərlər. Həmçinin, müştəri sürücülük vəsiqəsini yenilədiyi təqdirdə, öncəki sürücülük vəsiqəsini 2006-cı ildə əldə edibsə, kampaniya çərçivəsində elan olunan endirimdən yararlana bilər. 

Qeyd edək ki, “Paşa Sığorta”da avtomobillərin tam sığortasına 3 bölmə daxildir. Onlardan birincisi avtonəqliyyat vasitələrinin zədələnməsi və ya məhv olması (KASKO), ikincisi üçüncü şəxslər qarşısında mülki məsuliyyət, sonuncusu isə sürücü və sərnişinlərin fərdi qəza sığortasıdır.

KASKO sığorta əldə edən müştərilər “Paşa Sığorta” tərəfindən əlavə xidmətlər qazanır. Hər bir müştəri təklif olunan əlavə xidmətlərə əsasən, "Premium", "Standard" və "Klassik" paketindən birini seçərək müvafiq paketə daxil olan əlavə xidmət və güzəştlərdən də yararlana bilər.

Son xəbərlər

Orphus sistemi