“PAŞA Sığorta”nın yığımları 8% artıb

“PAŞA Sığorta”nın yığımları 8% artıb Bakı. 17 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında “PAŞA Sığorta” ASC-nin yığımları 44 234 194 manat təşkil edib. Şirkətdən “Report”a verilə...
Maliyyə
17 Mart , 2017 15:16
“PAŞA Sığorta”nın yığımları 8% artıb

Bakı. 17 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında “PAŞA Sığorta” ASC-nin yığımları 44 234 194 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,09% çoxdur.

Hesabat dövründə “PAŞA Sığorta”nın ödənişləri isə azalıb. Belə ki, Şirkət 2 ay ərzində 6 119 304 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 9,62% azdır.

2017-ci ilin yanvar-fevral aylarında “PAŞA Sığorta” topladığı hər 100 manat sığorta haqqının 13,83 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar-fevral aylarında 16,54% olub.

Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi