​"PAŞA Sığorta"nın yığımları 64% artıb

​"PAŞA Sığorta"nın yığımları 64% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
26 İyul , 2016 15:54
​PAŞA Sığortanın yığımları 64% artıb

Bakı. 26 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında "PAŞA Sığorta" ASC-nin daxilolmaları 64 610 893 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 63,7% çoxdur.

Hesabat dövründə "PAŞA Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 6 ay ərzində 20 849 758 manat ödəniş edib. Bu isə illik müqayisədə 48,2% artım deməkdir.

Cari ilin yanvar-iyun aylarında "PAŞA Sığorta" topladığıl hər 100 manat sığorta haqqının 32,27 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin ilk yarısında 35,64% olub.

Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "PAŞA Holdinq"ə məxsusdur.

Son xəbərlər

Orphus sistemi