"PAŞA Sığorta"nın yığımları 62% artıb

"PAŞA Sığorta"nın yığımları 62% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
19 Sentyabr , 2016 11:41
PAŞA Sığortanın yığımları 62% artıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında "PAŞA Sığorta" ASC-nin yığımları 74 656 311 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,17% çoxdur.

Hesabat dövründə "PAŞA Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 8 ay ərzində 28 436 331 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 46,87% çoxdur.

2016-cı ilin yanvar-avqustunda "PAŞA Sığorta" topladığı hər 100 manat sığorta haqqının 38,09 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci iliun yanvar-avqustunda 42,06% olub.

Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100%, daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi