“PAŞA Sığorta”nın yığımları 58% artıb

“PAŞA Sığorta”nın yığımları 58% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
16 Dekabr , 2016 14:53
“PAŞA Sığorta”nın yığımları 58% artıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında “PAŞA Sığorta” ASC-nin yığımları 94 390 744 manat təşkil edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,13% çoxdur.

Hesabat dövründə “PAŞA Sığorta”nın ödənişləri də artıb. Belə ki, şirkət 11 ay ərzində 43 066 164 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 57,15% çoxdur.

Bu ilin yanvar-noyabr aylarında “PAŞA Sığorta” topladığı hər 100 manat sığorta haqqının 45,63 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-noyabr aylarında 45,91% olub.

Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi