“PAŞA Sığorta”nın yığımları 54% artıb

“PAŞA Sığorta”nın yığımları 54% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
18 Yanvar , 2017 10:14
“PAŞA Sığorta”nın yığımları 54% artıb

Bakı. 18 yanvar. REPORT.AZ/ 2016-cı ildə “PAŞA Sığorta” ASC-nin yığımları 100 056 905 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 54,46% çoxdur.

Hesabat dövründə “PAŞA Sığorta”nın ödənişləri də artıb. Belə ki, Şirkət il ərzində 47 738 650 manat ödəniş edib. Bu isə əvvəlki ilə nisbətən 59,74% çoxdur.

2016-cı ildə “PAŞA Sığorta” topladığı hər 100 manat sığorta haqqının 47,71 manatını müştərilərə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 46,13% olub.

Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi