"PAŞA Sığorta"nın xalis mənfəəti 39% artıb

"PAŞA Sığorta"nın xalis mənfəəti 39% artıb PAŞA Sığorta ASC 2019-cu ili 31,079 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
6 Aprel , 2020 11:02
PAŞA Sığortanın xalis mənfəəti 39% artıb

"PAŞA Sığorta" ASC 2019-cu ili 31,079 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbərən 38,65% çoxdur.

Ötən il "PAŞA Sığorta"nın gəlirləri 151,204 milyon manat (illik müqayisədə 12,5% çox), xərcləri 111,14 milyon manat (4,8% çox), mənfəət vergisi ödəmələri isə 8,986 milyon manat (51,4% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Sığorta”nın aktivləri 201,264 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 16,9% artaraq 116,66 milyon manata, balans kapitalı isə 12,8% artaraq 84,604 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi