“PAŞA Sığorta”nın aktivləri 17% artıb

“PAŞA Sığorta”nın aktivləri 17% artıb Bakı. 30 mart. REPORT.AZ/ “PAŞA Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 132,64 mln. manat təşkil edib.“Report” şirkətin mühasibat balan...
Maliyyə
30 Mart , 2017 09:29
“PAŞA Sığorta”nın aktivləri 17% artıb

Bakı. 30 mart. REPORT.AZ/ “PAŞA Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 132,64 mln. manat təşkil edib.

“Report” şirkətin mühasibat balansına istinaədn xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 17,2% çoxdur.

2016-cı ildə “PAŞA Sığorta”nın uzunmüddətli aktivləri 56,8% azalaraq 7,67 mln. manat, qısamüddətli aktivləri isə 31% artaraq 124,97 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 40,4% artaraq 60,599 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 47,35% artaraq 60,062 mln. manat, qısamüddətli öhdəlikləri isə 77,6% azalaraq 537 min manat olub.

Ötən il sığortaçının cəmi kapitalı isə 2,9% artaraq 72,042 mln. manata çatıb.

2016-cı ildə “PAŞA Sığorta”nın cəmi gəlirləri 104,643 mln. manat (2016-ci ilə nisbətən 42% çox), cəmi xərcləri 80,984 mln. manat (55,8% çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 23,66 mln. manat olub. Bu da illik müqayisədə 8,9% çoxdur.

“PAŞA Sığorta” ötən il 4,273 mln. manat (0,5% az) mənfəət vergisi ödəyib və ili 19,387 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə əvvəlki ilə nisbətən 11,2% çoxdur.

Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi