“PAŞA Sığorta” hədiyyə kampaniyası keçirir

“PAŞA Sığorta” hədiyyə kampaniyası keçirir Bakı. 20 iyul. REPORT.AZ/ “PAŞA Sığorta” ASC yay mövsümü ilə əlaqədar avtonəqliyyat vasitələrinin “KASKO” sığortasını əldə edəcək müştərilər üçün “...
Maliyyə
20 İyul , 2017 13:56

Bakı. 20 iyul. REPORT.AZ/ “PAŞA Sığorta” ASC yay mövsümü ilə əlaqədar avtonəqliyyat vasitələrinin “KASKO” sığortasını əldə edəcək müştərilər üçün “Avtomobilini sığortala və yurdumuzu kəşf et!” adlı yeni hədiyyə kampaniyasına start verib.

Şirkətdən “Report” verilən məlumata görə, avqustun 17-nə qədər sığorta üzrə müraciət edəcək müştərilər hədiyyə olaraq ölkədaxili səyahət kuponu qazanacaqlar.

Kampaniyanın şərtlərinə əsasən, müştərilərə 450-1 000 manatlıq sığorta haqqına görə 100 manatlıq, 1 000 manatdan yüksək sığorta haqqına görə isə 200 manatlıq kupon veriləcək. Kuponu Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi,167C ünvanında yerləşən “Spektr Travel” turizm şirkətinə təqdim etməklə Azərbaycanın müxtəlif bölgələrinə səyahət sifariş etmək və yaxud kuponun nominal məbləğinə uyğun endirimdən faydalanmaq olar.

Qeyd edək ki, “PAŞA Sığorta” 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan şirkət 300 minə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “PAŞA Sığorta” kapital, sığorta yığımları, sığorta ödənişlərinin həcmi və digər göstəricilər üzrə yerli sığorta bazarının lider və ən böyük şirkətidir.

Son xəbərlər

Orphus sistemi