“PAŞA Sığorta” bazara yeni məhsul çıxarıb

“PAŞA Sığorta” bazara yeni məhsul çıxarıb Bakı. 14 iyul. REPORT.AZ/ “PAŞA Sığorta” ASC “Səyahət zamanı daşınmaz əmlakın sığortası” məhsulunu müştərilərin istifadəsinə verib.“Report”un şirkə...
Maliyyə
14 İyul , 2017 14:11

Bakı. 14 iyul. REPORT.AZ/ “PAŞA Sığorta” ASC “Səyahət zamanı daşınmaz əmlakın sığortası” məhsulunu müştərilərin istifadəsinə verib.

“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, məhsul 3 paketdən ibarətdir. Gündəlik 1, 2 və ya 3 manat sığorta haqqı ödəməklə (minimum sığorta haqqı hər paketə uyğun 5, 10, 15 manat olmaqla) müvafiq olaraq 40 min, 80 min və ya 120 min manatlıq sığorta təminatı əldə etmək mümkündür.

“Səyahət zamanı daşınmaz əmlakın sığortası” məhsulu əmlakı yanğın, ildırım düşməsi, partlayış, təbii fəlakətlər, oğurluq, qarət, üçüncü şəxslər tərəfindən əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi, su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər, nəqliyyat vasitələrinin vurması kimi risklərdən qoruyur.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 minə yaxın korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. 

Son xəbərlər

Orphus sistemi