"Paşa Sığorta" Azərbaycanda ilk dəfə Beynəlxalq Tibbi Sığorta məhsulunu istifadəyə verib

"Paşa Sığorta" Azərbaycanda ilk dəfə Beynəlxalq Tibbi Sığorta məhsulunu istifadəyə verib Bakı.8 iyun. REPORT.AZ/ Paşa Sığorta şirkəti Azərbaycanda ilk dəfə Beynəlxalq Tibbi Sığorta məhsulunu istifadəyə verib.
Maliyyə
8 İyun , 2018 10:44
Paşa Sığorta Azərbaycanda ilk dəfə Beynəlxalq Tibbi Sığorta məhsulunu istifadəyə verib
0 : 00
0 : 00

Bakı.8 iyun. REPORT.AZ/ "Paşa Sığorta" şirkəti Azərbaycanda ilk dəfə Beynəlxalq Tibbi Sığorta məhsulunu istifadəyə verib.

"Report"un verdiyi xəbərə görə, məhsul iki paket - Sərhədsiz sərhəd və Acıbadem və yerli xəstəxanalar üzrə təklif edilir.

Adından da göründüyü kimi sərhədsiz sərhəd paketi dünyanın hər yerində keçən tibbi sığortadır. 250 min dollar sığorta xidmətinin tərkibinə stasionar, ambulator müalicə, check-up, orqan transplantasiyası,onkoloji xəstəliklərinin müalicəsi, hamiləliyin təqibi və doğuş, evakuasiya və repatriasiya və ərazidən asılı olmayaraq təcili tibbi yardım daxildir. Sığorta təminat məbləği 250 min dollardır. Sərhədsiz sığorta üzrə qiymətlər 769 dollardan başlayır və yaş qrupu, paket və ərazidən asılı olaraq dəyişir.

"Acıbadem" sığorta üzrə isə sığorta haqqı "cryctal paketi" üzrə 554 dollardan başlayır və sığorta təminatı 80 min dollar təşkil edir. "Acibadem" sığortasında "diamond paketi" üzrə isə sığorta haqqı 836 dollardan başlayır və sığorta təminatı 500 min dollardır.

Bu gün sığorta məhsulunun təqdimatında çıxış edən "Paşa Sığorta"nın idarə heyətinin sədri Ülviyyə Cabbarova bildirib ki, belə bir məhsulun yaradılması müştərilərin sorğuları əsasında ortaya çıxıb. Şirkət belə bir məhsulla dünyanın istənilən nöqtəsində tibbi xidmət göstərməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi