"PAŞA Həyat" vəfat etmiş şəxsin banka olan ipoteka borcunu ödəyib

"PAŞA Həyat" vəfat etmiş şəxsin banka olan ipoteka borcunu ödəyib Bankdan ipoteka krediti götürmüş şəxsin vəfatı nəticəsində müştərinin 47,6 min manatlıq sığorta məbləği aidiyyəti üzrə ödənilib
Maliyyə
3 Noyabr , 2015 14:53
PAŞA Həyat vəfat etmiş şəxsin banka olan ipoteka borcunu ödəyib

Bakı. 3 noyabr. REPORT.AZ/ "PAŞA Həyat" sığorta şirkəti kredit götürən şəxslərin həyat sığortası növü üzrə növbəti irihəcmli sığorta ödənişini həyata keçirib.

"Report"un şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 47 600 manatlıq sığorta məbləği “PAŞA Həyat” tərəfindən aidiyyəti üzrə ödənilib.

Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı sığorta hadisəsinə görə 185,9 min manata yaxın sığorta ödənişi verilib.

“PAŞA Həyat" ASC 2011-ci ilin fevralından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin noyabrın 1-nə şirkətin nizamnamə kapitalı 40,25 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi