Yuxarı

​“PAŞA Həyat” sığorta şirkəti 4 yaşını qeyd edir

Ötən dövr ərzində şirkət nizamnamə kapitalını təxminən 6 dəfə artırıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanın “PAŞA Həyat" sığorta şirkəti bu gün yaranmasının 4 illiyini qeyd edir. Bu barədə "Report"a şirkətin baş ofisindən məlumat verilib.

Belə ki, 2010-cu il noyabrın 24-də yaradılan “PAŞA Həyat” sığorta şirkəti “PAŞA Holdinq” Şirkətlər Qrupuna daxildir və 7 mln. manat nizamnamə kapitalı ilə təsis olunub. Şirkət Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında 2011-ci il fevralın 14-dən fəaliyyət göstərir.

Fəaliyətinin 4 ili müddətində şirkət nizamnamə kapitalını 5,75 dəfə artıraraq 40,25 mln. manata çatdırıb.

“PAŞA Həyat” bu ilin yanvar-oktyabr aylarında 35,142 mln. manat həcmində topladığı sığorta haqqı ilə yerli bazarda ilk üçlükdə qərarlaşıb. Qeyd olunan dövr ərzində şirkət 2,456 mln. manat həcmində sığorta ödənişləri həyata keçirib.

Hazırda şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən həyatın müddətli sığortası, istehsalatda bədbəxt hadisələrdən icbari sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi