"PAŞA Həyat Sığorta" şirkəti vergi borcunu tam ödəyib

"PAŞA Həyat Sığorta" şirkəti vergi borcunu tam ödəyib Ödəniş yanvar ayının 23-də həyata keçirilib və yanvarın 24-də artıq müvafiq bank hesabında əks olunub
Maliyyə
25 Yanvar , 2017 13:40
PAŞA Həyat Sığorta şirkəti vergi borcunu tam ödəyib

Bakı. 25 yanvar. REPORT.AZ/ “PAŞA Həyat Sığorta" şirkəti vergi borclarını hər zaman olduğu kimi vaxtında həyata keçirib. Bunu “Report”a açıqlamasında şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Elnur Hüseynquliyev deyib.

E.Hüseynquliyevin sözlərinə görə, vergi ödənişi yanvar ayının 23-də həyata keçirilib: “105 993 manatlıq vergi borcuna gəldikdə isə qeyd edə bilərik ki, cari ilin yanvarın 20-də qeyri-iş günü olduğu üçün ödənişlər yanvarın 23-də həyata keçirilib və 24 yanvar tarixində ödəniş artıq müvafiq bank hesabında əks olunub. Bu, texniki məsələlərdir. Biz “PAŞA Həyat” olaraq, vergilərimizin vaxtında ödənilməsi işinə daim nəzarət edirik”.

Xatırladaq ki, xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 2-nin vergi borcu var.

Məlumata görə, bu, "PAŞA Həyat Sığorta" və "Başak İnam Sığorta" ASC-lərdir. Onların vergi borcları müvafiq olaraq 105 993 manat və 2 225 manat olub. 

Bundan başqa, ləğvetmə prosesində olan 2 sığorta şirkətinin də vergi öhdəliyi mövcuddur. Söhbət "Azərqarant Sığorta" (16 540 manat) və "Alfa Sığorta" (3 755 manat) ASC-lərdən gedir.

Son xəbərlər

Orphus sistemi