"Paşa Həyat" sığorta şirkəti müddətsiz lisenziya alıb

"Paşa Həyat" sığorta şirkəti müddətsiz lisenziya alıb Şirkət 2011-ci ildə həyat sığortası sahəsində xidmətlərin həyata keçirilməsi üzrə fəaliyyətə başlayıb
Maliyyə
18 Dekabr , 2015 10:15
Paşa Həyat sığorta şirkəti müddətsiz lisenziya alıb

Bakı.18 dekabr. REPORT.AZ/ “Paşa Həyat Sığorta” ASC sığorta fəaliyyətinin aparılması üçün müddətsiz lisenziya alıb. "Report"un şirkətə istinadən verdiyi məlumata görə, yeni müddətsiz lisenziya əvvəllər 5 il müddətinə verilmiş lisenziyanın müddətinin başa çatması ilə əlaqədar yenilənib. Müddətsiz lisenziya yeni qanunvericiliyə uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilib.

“Paşa Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Maliyyə Nazirliyinin 2011-ci il 14 fevral tarixli lisenziyası əsasında həyat sığortası sahəsində xidmətlərin həyata keçirilməsi üzrə fəaliyyətə başlayıb.

Hazırda “PAŞA Həyat” müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Həyat sığortası məhsulları üzrə toplanan yığımların həcminə görə bazarın qabaqcıl iştirakçısı olan “Paşa Həyat” bu ilin 11 ayında 51 mln. manata yaxın sığorta haqqı ilə ölkədəki sığorta sirkətləri sırasında ikinci yerdə qərarlaşıb. “Paşa Həyat” kapital (40,250 mln. manat) və müxtəlif biznes-maliyyə göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarının lideridir.

Son xəbərlər

Orphus sistemi