"PAŞA Həyat Sığorta"nın yeni regional filialı açılıb

"PAŞA Həyat Sığorta"nın yeni regional filialı açılıb Şirkətin sayca ikinci filialı Sumqayıtda fəaliyyətə başlayıb
Maliyyə
6 Fevral , 2015 16:59
PAŞA Həyat Sığortanın yeni regional filialı açılıb

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanın "PAŞA Həyat Sığorta" ASC-nin Sumqayıt şəhərində yerləşən "Şimal" filialı fəaliyyətə başlayıb. Şirkətin sayca ikinci olan bu filialı Sumqayıtın Nəriman Nərimanov küçəsi, 2 (45-ci məhəllə ilə 5-ci mikrorayon arasında) ünvanında yerləşir.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, yeni filialda baş ofisdə olduğu kimi, həyat sığortası üzrə bütün xidmətlər, icbari və könüllü həyat sığortası məhsulları, o cümlədən istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsullarının satışı həyata keçirilir.

Sığorta xidmətləri ilə yanaşı, filial eyni zamanda həyat sığortası məhsullarının tanıdılması istiqamətində bölgədə maarifləndirmə işlərini də həyata keçirmək niyyətindədir.

"Şimal" filialının fəaliyyətə başlaması ölkənin şimal bölgəsində yaşayan sakinlərin sığorta xidmətlərindən istifadəsini daha da asanlaşdıracaq.

Xatırladaq ki, ötən ilin may ayında şirkətin ilk filialı - "Qərb" filialı (Gəncə şəhəri) fəaliyyətə başlayıb.

"PAŞA Holdinq" Şirkətlər Qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevralından fəaliyyət göstərir. Cari ilin fevralın 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi