"PAŞA Həyat Sığorta"nın xalis mənfəəti 51% artıb

"PAŞA Həyat Sığorta"nın xalis mənfəəti 51% artıb "PAŞA Həyat Sığorta" ASC 2019-cu ili 32,013 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
1 Aprel , 2020 20:35
PAŞA Həyat Sığortanın xalis mənfəəti 51% artıb

"PAŞA Həyat Sığorta" ASC 2019-cu ili 32,013 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 50,6% çoxdur.

Ötən il "PAŞA Həyat Sığorta"nın gəlirləri 196,978 milyon manat (illik müqayisədə 30,4% çox), xərcləri 156,742 milyon manat (26,1% çox), mənfəət vergisi ödəmələri isə 8,223 milyon manat (49,3% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Həyat Sığorta”nın aktivləri 400,126 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,4% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 14,7% artaraq 327,208 milyon manata, balans kapitalı isə 18,4% artaraq 72,918 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi