"​Paşa Həyat Sığorta"nın ödənişləri kəskin artıb

"​Paşa Həyat Sığorta"nın ödənişləri kəskin artıb Şirkətin topladığı sığorta haqlarının həcmi isə iki dəfə artıb
Maliyyə
11 Fevral , 2016 19:00
​Paşa Həyat Sığortanın ödənişləri kəskin artıb

Bakı. 11 fevral. REPORT.AZ/ “Paşa Həyat Sığorta” şirkəti cari ilin yanvar ayı üzrə yığılan sığorta haqları və həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, yanvar ayı ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,111 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 94,3% çoxdur.

Bununla yanaşı, hesabat dövründə ümumi sığorta ödənişlərinin həcmi ötən ilin analoji dövü ilə müqayisədə 7,9 dəfə artaraq 1,751 mln. manat təşkil edib.

“Paşa Həyat Sığorta” ASC 2011-ci ilin fevralından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi