"PAŞA Həyat Sığorta"nın ödənişləri 3,4 dəfə artıb

"PAŞA Həyat Sığorta"nın ödənişləri 3,4 dəfə artıb Hesabat dövründə şirkətin yığımları isə 45% artıb
Maliyyə
13 Oktyabr , 2016 16:57
PAŞA Həyat Sığortanın ödənişləri 3,4 dəfə artıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında "PAŞA Həyat Sığorta" ASC-nin yığımları 61 803 056 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,25% çoxdur.

Hesabat dövründə "PAŞA Həyat Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 9 ay ərzində 25 596 742 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 3,4 dəfə çoxdur.

Cari ilin ilk 9 ayında "PAŞA Həyat Sığorta" topladığı hər 100 manat sığorta haqqının 41,42 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin ilk 9 ayında 17,7% olub.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 750 manat olan 7 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi