"PAŞA Həyat Sığorta"nın ödənişləri 2 dəfədən çox artıb

"PAŞA Həyat Sığorta"nın ödənişləri 2 dəfədən çox artıb Bakı. 21 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “PAŞA Həyat Sığorta” ASC-nin yığımları 5 628 660 manat təşkil edib. Şirkətdən “Report”a verilən m...
Maliyyə
21 Fevral , 2017 11:11
PAŞA Həyat Sığortanın ödənişləri 2 dəfədən çox artıb

Bakı. 21 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “PAŞA Həyat Sığorta” ASC-nin yığımları 5 628 660 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,85% azdır.

Hesabat dövründə “PAŞA Həyat Sığorta”nın ödənişləri də azalıb. Belə ki, Şirkət ay ərzində 3 559 886 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 2,03 dəfə çoxdur.

2017-ci ilin yanvar ayında “PAŞA Həyat Sığorta” topladığı hər 100 manat sığorta haqqının 63,25 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar ayında 24,62% olub.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 750 manat olan 7 000 səhm əsasında formalaşıb. Səhmlər 100%Şirkətin daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi