​"PAŞA Həyat" sığorta haqlarının onlayn ödənişini tətbiq edib

​"PAŞA Həyat" sığorta haqlarının onlayn ödənişini tətbiq edib Müştərilər sığorta haqlarını vahid portal vasitəsi ilə onlayn rejimdə ödəyə bilər
Maliyyə
19 Dekabr , 2014 11:07
​PAŞA Həyat sığorta haqlarının onlayn ödənişini tətbiq edib

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanın "PAŞA Həyat" sığorta şirkəti sığorta haqlarının onlayn rejimdə ödənişinin tətbiqinə başlayıb.

“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, artıq müştərilər sığorta haqlarını hesaba köçürmə və nağd ödəmə kimi ənənəvi üsullarla yanaşı www.izim.az ödəniş portalı vasitəsi ilə onlayn rejimdə ödəyə bilərlər.

Sığorta haqqı məbləğinin onlayn ödənilməsini həyata keçirmək üçün müştərilərin ölkədə fəaliyyət göstərən bütün kommersiya banklarının plastik kartlarından istifadə etməsi mümkündür. Müştərilər ödəniş etmək üçün interneti dəstəkləyən istənilən mobil telefon vasitəsi ilə də əməliyyatlar edə bilər.

Qeyd edək ki, İZ kartına sahib olan müştərilər www.izim.az ödəniş portalı vasitəsi ilə ödəniş etdikdə, ödənilən məbləğin bir hissəsi müştərinin kartına bonus (İZ-lər) şəklində toplanacaq. Toplanmış bonusların istifadəsini müştəri öz seçiminə uyğun müəyyənləşdirəcək.

"PAŞA Holdinq" Şirkətlər Qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevralından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin dekabrın 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi