​"PAŞA Həyat Sığorta"da yeni təyinatlar olub

​"PAŞA Həyat Sığorta"da yeni təyinatlar olub Şirkətin İdarə Heyətinə 2 yeni üzv seçilib
Maliyyə
21 İyul , 2016 12:32
​PAŞA Həyat Sığortada yeni təyinatlar olub

Bakı. 21 iyul. REPORT.AZ/ "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinə (İH) 2 yeni üzv seçilib. "Report" xəbər verir ki, bunlar Lalə Cəfərova və Rüstəm Məmmədovdur.

Həmçinin Şirkətin İH-nin sədr müavini Niyaz İsmayılov sədrin 1-ci müavini, İH-nin üzvü Dilarə Babayeva isə sədr müavini vəzifəsinə təsdiq edilib.

"PAŞA Həyat Sığorta"nın İH-nə isə əvvəlki kimi Mürsəl Rüstəmov rəhbərlik edir.

"PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 750 manat olan 7 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "PAŞA Holdinq" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi