"PAŞA Həyat"ın sığorta ödənişləri kəskin artıb

"PAŞA Həyat"ın sığorta ödənişləri kəskin artıb Bu ilin ilk rübündə şirkətin daxilolmaları isə 52% artıb
Maliyyə
12 Aprel , 2016 16:24
PAŞA Həyatın sığorta ödənişləri kəskin artıb

Bakı. 12 aprel. REPORT.AZ/ “PAŞA Həyat Sığorta" şirkəti 2016-cı ilin yanvar-mart ayları üzrə ilkin hesabatını açıqlayıb. İlk rübün nəticələrinə əsasən, şirkətin baş vermiş sığorta hadisələri üzrə ödədiyi vəsaitin həcmi 6,092 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 4 dəfə çoxdur.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, sığorta ödənişləri əsasən “Həyatın yaşam sığortası”, “Həyatın ölüm halından sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növləri üzrə həyata keçirilib.

Hesabat dövründə şirkətin topladığı sığorta haqlarının həcmi 21,368 mln. manat təşkil edib ki, bu da ötən ilin I rübü ilə müqayisədə 52,3% çoxdur.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Bu ilin aprelin 1-nə şirkətin aktivləri 150 mln. manat, nizamnamə kapitalının həcmi isə 40,25 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi