"PAŞA Bank" problemli kreditləri azaltmaq niyyətindədir

"PAŞA Bank" problemli kreditləri azaltmaq niyyətindədir Bakı. 4 oktyabr. REPORT.AZ/ "PAŞA Bank" ASC-nin problemli kreditlərinin məcmu kredit portfelində xüsusi çəkisinin ilin sonundadək azalması gözlənil...
Maliyyə
4 Oktyabr , 2017 11:04
PAŞA Bank problemli kreditləri azaltmaq niyyətindədir

Bakı. 4 oktyabr. REPORT.AZ/ "PAŞA Bank" ASC-nin problemli kreditlərinin məcmu kredit portfelində xüsusi çəkisinin ilin sonundadək azalması gözlənilir.

"Report"un verdiyi xəbərə görə, bu barədə bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva məlumat verib.

Ötən ilin sonu ilə müqayisədə birinci yarımillikdə problemli kreditlərin cəmi portfeldə xüsusi çəkisi 1,1 faiz bəndi artıb. Belə ki, ötən ilin sonunda bu göstərici 12% idi, yarımilin yekununda isə 13,1%-ə çatıb. Artım əsasən tikinti sektorundakı gecikmələrlə bağlı olub.

X.Nağıyeva qeyd edib ki, "PAŞA Bank" cari ilin sonunadək aktivlərini 3,8 mlrd. manatadək artımağı hədəfləyir.

Qeyd edək ki, "PAŞA Bank"ın konsolidə edilmiş yarımillik maliyyə göstəricilərinə əsasən, cəmi kapital illik müqayisədə 6% artaraq 476,9 mln. manat, cəmi aktivlər 62% artaraq 3,614 mlrd. manat, kredit portfeli 28% artaraq 1,260 mlrd. manat təşkil edib. Bank cari ilin ilk yarısında 50,3 mln. manat həcmində xalis mənfəət əldə edib.

Son xəbərlər

Orphus sistemi