"Paşa Bank" ötən ilin maliyyə nəticələrini açıqlayıb

"Paşa Bank" ötən ilin maliyyə nəticələrini açıqlayıb Bakı. 17 yanvar. REPORT.AZ/ “Paşabank” ASC-nin cəmi aktivləri illik 32% artaraq 2019-ci il yanvarın 1-nə 4 695 717 min manata çatıb.
Maliyyə
17 Yanvar , 2019 17:51
Paşa Bank ötən ilin maliyyə nəticələrini açıqlayıb
PAŞA Bank / Report

Bakı. 17 yanvar. REPORT.AZ/ “Paşabank” ASC-nin cəmi aktivləri illik 32% artaraq 2019-ci il yanvarın 1-nə 4 695 717 min manata çatıb.

“Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə Bankın kredit portfeli isə 40% artaraq yanvarın 1-nə 1 320 893 min manat təşkil edib.

Bankın cəmi öhdəlikləri illik 36% artaraq 2019-ci il yanvarın 1-nə 4 277 570 min manata yüksəlib, o cümlədən müştərilər qarşısında öhdəliklər illik 39% artaraq 3 923 288 min manata yüksəlib.

2019-cu il yanvarın 1-nə Bankın səhmdar kapitalı 333 000 min manat, cəmi kapitalı 418 148 min manat təşkil edib.

Bank ötən il ərzində 77 057 min manat xalis mənfəət əldə edib. Beləliklə, Bankın xalis mənfəəti 2017-ci illə müqayisədə 30,6% artıb.

Ötən il ərzində bankın faiz gəliri 173 512 min manat, faiz xərci 34 718 min manat, qeyri-faiz gəliri 33 205 min manat, qeyri-faiz xərci 79 379 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi