"Paşa Bank" məzənnə dəyişikliyindən yüksək gəlir əldə edib

"Paşa Bank" məzənnə dəyişikliyindən yüksək gəlir əldə edib Bankın rüblük xalis mənfəəti 37 mln. manat təşkil edib
Maliyyə
25 Aprel , 2016 11:27
Paşa Bank məzənnə dəyişikliyindən yüksək gəlir əldə edib

Bakı. 25 aprel. REPORT.AZ/ "Paşa Bank" ASC cari ilin yanvar-mart ayları ərzində 36 934,14 min manat həcmində mənfəət əldə edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, mənfəətdən 29,41 min manat vergi ödənişi çıxıldıqdan sonra xalis mənfəət 36 904,73 min manat təşkil edib. Ötən ilin birinci rübündə isə Bank 9 306 min manat zərər edib.

Cari ilin birinci rübündə Bankın gəlirləri 52 256,45 min manat, xərcləri 17 979,03 min manat təşkil edib. Bu da öz növbəsində əvvəlki illə müqayisədə gəlirlərdə 3,5 dəfə, xərclərdə isə 39,87% artım deməkdir.

Faiz gəlirləri 29,5% artaraq 25 123,06 min manata, faiz xərcləri 2,6 dəfə artaraq 7 790,33 min manata yüksəlib.

Qeyri-faiz gəlirləri I rübdə 27 133,39 min manat təşkil etdiyi halda, ötən ilin müvafiq dövründə bu göstərici -4 659 min manat olub. Qeyd edək ki, hesabat dövründə Bankın qeyri-faiz gəlirlərinin əksər hissəsi məzənnə dəyişməsi daxil olmaqla valyuta əməliyyatlarından əldə olunub. Belə ki, cari ilin I rübündə məzənnə dəyişməsi də daxil olmaqla valyuta əməliyyatlarından xalis gəlir 22 995,04 min manat təşkil edib. Ötən ilin ilk rübündə isə bu göstərici - 5 941 min manat olub.

Qeyri-faiz xərcləri isə bu müddətdə 3,4% artaraq 10 188,7 min manata yüksəlib.

Son xəbərlər

Orphus sistemi