"PAŞA Bank" manat maliyyə alətlərinin sayını artıracaq

"PAŞA Bank" manat maliyyə alətlərinin sayını artıracaq Taleh Kazımov: "İlin sonunadək valyuta bazarında qıtlıq gözlənilmir"
Maliyyə
18 Oktyabr , 2016 15:19
PAŞA Bank manat maliyyə alətlərinin sayını artıracaq
PAŞA Bank / Report

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Bazara fərqli alətlər çıxarmağı düşünürük. Manatda olan maliyyə alətlərinin sayını artırmağı planlaşdırırıq". "Report"un verdiyi xəbərə görə, bunu "PAŞA Bank" ASC-nin Xəzinədarlıq və aktiv və passivlərin idarə edilıməsi Departamentinin direktoru Bəhruz Nağıyev bildirib.

"Qiymətli kağızların emissiyası bazara öz tövsiyəmizi vermək üçün qiymətli kağızlar bazarını canlandırmaq üçün əlavə alətdir. Buna investorla danışdıqdan sonra qərar vermişik. Manatda əlavə alət azdır. Bu boşluğu doldurmaq üçün öz qiymətli kağızlarımızla bazara çıxmağı qərarlaşdırmışıq", - deyə Bank rəsmisi qeyd edib.

Onun sözlərinə görə, emisisya artıq dövlət qeydiyyatından keçib: "İlkin tranş üçün müraciət olunub. Gəlirliyinə gəldikdə, gəlirlik hərrac zamanı təyin olunur. Hər bir investor tərəfindən qiymət təklif olunur. Ən yüksək qiymət təklif edən də həmin qiymətli kağızlara sahib olur. İstiqrazlar 6 aylıqdır".

B.Nağıyev bildirib ki, qiymətli kağız buraxılışı "PAŞA Bank"ın likvidlik problemi ilə bağlı deyil: "Bankın likvidlik problemi yoxdur".

Bankın İdarə Heyətinin sədri Taleh Kazımov isə qeyd edib ki, 2016-cı ilin sonunadək daxili valyuta bazarında valyuta qıtlığı gözlənilmir.

Son xəbərlər

Orphus sistemi