Yuxarı

"PAŞA Bank" kredit ödənişlərinin terminallarla qəbuluna başlayıb

PAŞA Bank ödənişlərin terminallar vasitəsilə həyata keçirilməsi xidmətini tətbiq edib

Bakı. 17 fevral. REPORT.AZ/ "PAŞA Bank" ASC bütün ölkə ərazisində "MilliÖN" ödəniş sisteminin terminalları vasitəsilə kreditlərin ödənilməsi, cari hesaba və kartlara (əmək haqqı kartları istisna olmaqla) vəsaitin köçürülməsi xidmətinin tətbiqinə başlayıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, "PAŞA Bank"ın müştəriləri bu xidmətdən istifadə etməklə bankın şöbələrinə getmədən ödənişlərini həyata keçirə bilər. Ödənişin iş günü ərzində həyata keçirildiyi zaman vəsaitlər dərhal daxil olur, əməliyyat qeyri-iş günü aparıldıqda isə vəsaitlər hesaba növbəti iş günü daxil olur. Terminallar vasitəsilə ödənişləri istər yerli, istərsə də xarici valyutada (USD, EUR, RUR) həyata keçirmək olar.

Kreditin ödənilməsi, hesaba və ya kartın balansına vəsaitin köçürülməsi əməliyyatlarına görə komissiya haqqı nəzərdə tutulmayıb.

Qeyd edək ki, 2007-ci ildə təsis olunan "PAŞA Bank" geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və 9 biznes mərkəzləri ilə təmsil olunan "PAŞA Bank"da 300-dən çox əməkdaş çalışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi