​"Paşa Bank" konsolidasiya təkliflərinə baxmağa hazırdır

​"Paşa Bank" konsolidasiya təkliflərinə baxmağa hazırdır Bank mərkəzləşdirilmiş maliyyələşmə cəlb etmək fikrində deyil
Maliyyə
22 Fevral , 2016 10:04
​Paşa Bank konsolidasiya təkliflərinə baxmağa hazırdır

Bakı. 22 fevral. REPORT.AZ/ "Paşa Bank" ASC-nin bu ilin əvvəlindən, ikinci devalvasiyadan sonra tətbiq etdiyi yeni tarif siyasətində əlavə dəyişikliklərin edilməsi gözlənilmir. "Report"un verdiyi xəbərə görə, bunu "Paşa Bank"ın İdarə Heyətinin üzvü Şirin Əliyeva məlumat verib: "Biz bu tariflərlə fəaliyyətimizi davam etdirəcəyik".

O, həmçinin son zamanlar bankların konsolidasiyası prosesinə münasibət bildirib: "Banklar haqqında" qanuna əsasən, belə müraciətlər səhmdarların ümumi yığıncağı tərəfindən baxıla bilər. Əlbəttə ki, belə müraciət olarsa, bizim səhmdarlar bunu nəzərdən keçirəcəklər. Əgər təklif olarsa, qanunvericilikdə olduğu kimi belə bir sifarişləri nəzərdən keçirəcəyik".

Ş.Əliyeva Mərkəzi Bankdan hər hansı vəsait cəlbinin planlaşdırılmadığını açıqlayıb.

"Mərkəzi Bankdan vəsait cəlbi gözlənilmir. Xaricdən vəsait cəlbinə gəlincə, hazırda müxbir banklarla bir neçə xəttimiz var və məhz müxbir banklarla əməkdaşlığı davam etdiririk. Onlar Azərbaycana həmişə olduğu kimi açıqdır və bu istiqamətdə ticarətin maliyyələşdirilməsini davam etdirəcəyik", - deyə İdarə Heyətinin üzvü qeyd edib.

Son xəbərlər

Orphus sistemi