​"PAŞA Bank" istehlak kreditləşməsinə başlayıb

​"PAŞA Bank" istehlak kreditləşməsinə başlayıb Bunu Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib
Maliyyə
20 İyun , 2016 17:10
​PAŞA Bank istehlak kreditləşməsinə başlayıb

Bakı. 20 iyun. REPORT.AZ/ "PAŞA Bank" ASC fiziki şəxslərə istehlak kreditləri verməyə başlayıb. 

"Report" xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Taleh Kazımov məlumat verib.

Bununla belə, onun sözlərinə görə, söhbət kütləvi istehlak kreditləşməsindən getmir: "Bizimlə tərəfdaş olan, hesabları "PAŞA Bank"da olan müəssisələrin əməkdaşlarına kredit veririk. Bu cür müştərilər maaşını bankımızdan alırlar və ona əsasən kredit ayrılır".

Qeyd edək ki, Bank əsasən hüquqi şəxslərin kreditləşməsi üzrə ixtisaslaşıb.

Son xəbərlər

Orphus sistemi