"Paşa Bank"ın xalis mənfəəti artıb

"Paşa Bank"ın xalis mənfəəti artıb Bakı. 18 iyul. REPORT.AZ/ “Paşank” ASC-nin cəmi aktivləri illik 17% artaraq 2018-ci il iyulun 1-nə 3 901 761 min manata çatıb.
Maliyyə
18 İyul , 2018 12:49
Paşa Bankın xalis mənfəəti artıb
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ “Paşank” ASC-nin cəmi aktivləri illik 17% artaraq 2018-ci il iyulun 1-nə 3 901 761 min manata çatıb.

“Report" bu barədə Bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə Bankın kredit portfeli isə 27% artaraq birinci yarımilin sonuna 1 037 236 min manat təşkil edib. Kredit portfelinin də 17,6%-nin vaxtı keçib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% bəndi çoxdur.

Bankın cəmi öhdəlikləri illik 19% artaraq 2018-ci il iyulun 1-nə 3 538 403 min manata yüksəlib, o cümlədən müştərilər qarşısında öhdəliklər illik 23% artaraq 3 253 678 min manata yüksəlib.

2018-ci il iyulun 1-nə Bankın səhmdar kapitalı 333 000 min manat, cəmi kapitalı 363 358 min manat təşkil edib.

Bank yanvar-iyun ayları ərzində 23 200 min manat mənfəət əldə edib. 1 038 min manat vergi ödənişindən sonra Bankın xalis mənfəəti 22 162 min manat olub. Beləliklə, Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 64% dəfə artıb.

Birinci yarımildə bankın faiz gəliri 80 769 min manat, faiz xərci 18 375 min manat, qeyri-faiz gəliri 13 162 min manat, qeyri-faiz xərci 38 256 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi