“PAŞA Bank”ın xalis mənfəəti 28% artıb

“PAŞA Bank”ın xalis mənfəəti 28% artıb “PAŞA Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 64,596 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
16 Oktyabr , 2019 10:13
“PAŞA Bank”ın xalis mənfəəti 28% artıb

“PAŞA Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 64,596 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 28,1% çoxdur.

9 ay ərzində “PAŞA Bank”ın əməliyyat gəlirləri 198,164 milyon manat (illik müqayisədə 35,2% çox), əməliyyat xərcləri 107,048 milyon manat (26,7% çox), xüsusi ehtiyatlara ayırmaları 15,389 milyon manat (48,3% çox), gözlənilməz xərcləri 17 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 11,114 milyon manat (8,6 dəfə çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “PAŞA Bank”ın aktivləri 4 383,325 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2% çoxdur. Bunun 1 637,116 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 43,1% böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 0,7% azalaraq 3 914,216 milyon manata, o cümlədən depozit portfeli 8,6% azalaraq 3 311,614 milyon manata düşüb, balans kapitalı isə 19.8% artaraq 469,109 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 milyon manatdır. Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi