“PAŞA Bank”ın xalis mənfəəti 2 dəfədən çox artıb

“PAŞA Bank”ın xalis mənfəəti 2 dəfədən çox artıb “PAŞA Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 4 430,357 milyon manat təşkil edib.
Maliyyə
16 İyul , 2019 10:13
“PAŞA Bank”ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank / Report

“PAŞA Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 4 430,357 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 13,5% çoxdur.

“PAŞA Bank”ın aktivlərinin 1 402,114 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 35,2% böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın cəmi öhdəlikləri 13,2% artaraq 4 004,551 milyon manata, o cümlədən depozit portfeli 11,5% artaraq 3 626,765 milyon manata, cəmi kapitalı isə 17,2% artaraq 425,806 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “PAŞA Bank”ın gəlirləri 121,605 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 29,5% çox), xərcləri 62,432 milyon manat (10,2% çox), xüsusi ehtiyatlara ayırmaları 7,806 milyon manat (44,6% az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 335 min manat (1 il bundan əvvəl vergi ödəyib) təşkil edib. Son nəticədə Bank I yarımili 51,703 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 2,3 dəfə çoxdur.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln. manatdır. Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi