"PAŞA Bank"ın Türkiyədəki törəməsinin rəhbərliyi yenidən formalaşdırılacaq

"PAŞA Bank"ın Türkiyədəki törəməsinin rəhbərliyi yenidən formalaşdırılacaq Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb
Maliyyə
24 Noyabr , 2016 17:53
PAŞA Bankın Türkiyədəki törəməsinin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ Sabah "PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi - "PAŞA Yatırım Bankası"nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə "Report" Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) istinadən xəbər verir.

Məlumata görə, yığıncaqda Bankın İdarə Heyətinin üzvlərinin sayı, eləcə də onların seçilməsi məsələsi müzakirə ediləcək.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2014-cü ilin sonunda, 2015-ci ilin əvvəlində "PAŞA Bank" ASC-nin Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir. 

Son xəbərlər

Orphus sistemi