Yuxarı

"Paşa Bank"ın Türkiyə törəməsinin rəhbərliyində dəyişiklik olub

Cəlal Qasımov Bankın İdarə Heyətinin sədr müavini təyin edilib

Bakı. 1 aprel. REPORT.AZ/ "Paşa Bank" ASC-nin Türkiyədə törəmə qurumu olan "Pasha Yatırım Bankası"nın rəhbərliyində dəyişiklik olub. 

"Report"un törəmə bankının saytına istinadən verdiyi xəbərə görə, Cəlal Qasımov Bankın İdarə Heyətinin sədr müavini təyin edilib. Bundan əvvəl C.Qasımov sadəcə İdarə Heyətinin üzvü olub. 

Xatırladaq ki, C.Qasımovdan əvvəl həmin vəzifəni S.Batu Aksoy icra edib.

 Qeyd edək ki, hazırda İdarə Heyətinin sədri Ağa Əli Kamalovdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi