Yuxarı

“PAŞA Bank”ın rəhbərliyində dəyişiklik olub

“PAŞA Bank”ın rəhbərliyində dəyişiklik olub

Bankın Audit Komitəsi yenidən formalaşdırılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin Audit Komitəsi (AK) yenidən formalaşdırılıb. 

“Report” xəbər verir ki, komitənin sədri Azər Sadıqov işdən çıxıb, onun yerinə Pərvin Əhədzadə təyin edilib.

Bundan başqa, Ramil Heydərov AK-ya üzv seçilib. Komitənin digər üzvü isə Cəmil Məmmədovdur.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln. manatdır. Bankın səhmlərinin 60%-i "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi