“PAŞA Bank”ın mənfəəti 5 dəfə artıb

“PAŞA Bank”ın mənfəəti 5 dəfə artıb “PAŞA Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 4 647,941 milyon manat təşkil edib.
Maliyyə
17 Aprel , 2019 11:16
“PAŞA Bank”ın mənfəəti 5 dəfə artıb

“PAŞA Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 4 647,941 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 25,4% çoxdur.

“PAŞA Bank”ın aktivlərinin 1 269,689 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 29,8% böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın cəmi öhdəlikləri 27,1% artaraq 4 1963,674 milyon manat, o cümlədən depozit portfeli 29,8% artaraq 3 861,413 milyon manat, Bankın cəmi kapitalı isə 11% artaraq 454,267 milyon manat olub.

Bu ilin I rübündə “PAŞA Bank”ın faiz gəlirləri 52,558 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 30,4% çox), faiz xərcləri 10,092 milyon manat (18,5% çox), qeyri-faiz gəlirləri 9,553 milyon manat (40,7% çox), qeyri-faiz xərcləri 15,825 milyon manat (5,5% az), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 514 min manat (96,4% az) təşkil edib. Son nəticədə Bank rübü 35,68 milyon manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln. manatdır. Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi