"PAŞA Bank"ın aktivləri 77% artıb

"PAŞA Bank"ın aktivləri 77% artıb Bankın kredit portfelinin 11%-i problemlidir
Maliyyə
7 Noyabr , 2016 11:51
PAŞA Bankın aktivləri 77% artıb

Bakı. 7 noyabr. REPORT.AZ/ "PAŞA Bank" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 76,6% artaraq 2016-cı il oktyabrın 1-nə 2 782,553 mln. manata çatıb.

"Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə Bankın kredit portfeli 15% artaraq 809,356 mln. manata yüksəlib. Kredit portfelinin 11,12%-nin və ya 89,992 mln. manatının ödəniş vaxtı keçib. 

Depozit portfeli 2,2 dəfə artaraq oktyabrın 1-nə 1 953,013 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) "PAŞA Bank"a qarşı tələbləri rüblük müqayisədə dəyişməyərək 23 mln. manat qalıb. Cari il oktyabrın 1-nə Bankın nizamnamə kapitalı 333 mln. manat təşkil edib.

"PAŞA Bank" cari ildə 19,931 mln. manat həcmində mənfəət əldə edib. Vergilər ödənildikdən sonra isə xalis mənfəəti 12,654 mln. manat təşkil edib. Qeyd edək ki, Bank ötən ilin müvafiq dövründə 6,382 mln. manat (vergilər ödənilənədək) zərər etmişdir ki, bu da əsasən aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (40,489 mln. manat) hesabına baş verib. Bank cari ildə də bu ehtiyat ayırmalarının həcmini artırıb və cari ildə bu göstərici 46,672 mln. manata yüksəlib.

Son xəbərlər

Orphus sistemi