"PAŞA Bank"ın aktivləri 25% artıb

"PAŞA Bank"ın aktivləri 25% artıb Bakı. 31 oktyabr. REPORT.AZ/ “Paşabank” ASC-nin cəmi aktivləri illik 25% artaraq 2018-ci il oktybarın 1-nə 4 332 010 min manata çatıb.
Maliyyə
31 Oktyabr , 2018 10:26
PAŞA Bankın aktivləri 25% artıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Paşabank” ASC-nin cəmi aktivləri illik 25% artaraq 2018-ci il oktybarın 1-nə 4 332 010 min manata çatıb.

“Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə Bankın kredit portfeli isə 27% artaraq oktyabrın 1-nə 1 144 269 min manat təşkil edib. Kredit portfelinin də 9,2%-nin vaxtı keçib.

Bankın cəmi öhdəlikləri illik 28% artaraq 2018-ci il oktyabrın 1-nə 3 940 565 min manata yüksəlib, o cümlədən müştərilər qarşısında öhdəliklər illik 30% artaraq 3 623 739 min manata yüksəlib. 2018-ci il oktyabrın 1-nə Bankın səhmdar kapitalı 333 000 min manat, cəmi kapitalı 391 445 min manat təşkil edib.

Bank yanvar-sentyabr ayları ərzində 50 429 min manat xalis mənfəət əldə edib. Beləliklə, Bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 74% artıb. Yanvar-sentyabr ayları ərzində bankın faiz gəliri 124 263 min manat, faiz xərci 27 203 min manat, qeyri-faiz gəliri 22 352 min manat, qeyri-faiz xərci 57 309 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi