​"PAŞA Bank" Gürcüstan və Türkiyədəki bölmələrinin maliyyə göstəricilərini açıqlayıb

​"PAŞA Bank" Gürcüstan və Türkiyədəki bölmələrinin maliyyə göstəricilərini açıqlayıb Bank bu iki ölkədə ötən il təxminən 5 mln. manat xalis mənfəət əldə edib
Maliyyə
21 İyun , 2016 10:42
​PAŞA Bank Gürcüstan və Türkiyədəki bölmələrinin maliyyə göstəricilərini açıqlayıb

Bakı. 21 iyun. REPORT.AZ/ "PAŞA Bank" ASC-nin Gürcüstandakı bölməsinin aktivləri 2015-ci ildə 82% artaraq 184 mln. manata çatıb. “Report” xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, maliyyə inzibatçısı Xəyalə Nağıyeva bildirib.

Onun sözlərinə görə, ötən ilin yekununda "PAŞA Bank Gürcüstan"ın kapitalı 64 mln. manat, xalis mənfəəti isə təxminən 1 mln. manat təşkil edib.

X.Nağıyeva "PAŞA Bank Türkiyə"nin də maliyyə göstəricilərini açıqlayıb: “Bu ölkədə hazır banka investisiya qoymuşduq və hazırda həm azərbaycanlı, həm də türk iş adamlarının biznesini maliyyələşdiririk. 2015-ci ildə Türkiyə bölməmizin aktivləri 4 dəfə artaraq 172 mln. manata çatıb. İlin sonunda "PAŞA Bank Türkiyə"yə kapital qoyuluşu 124 mln. manat, bankın xalis mənfəəti isə 3,7 mln. manat olub".

Maliyyə inzibatçısı əlavə edib ki, Bank 2015-ci ildə işçilərinin sayını təxminən 2 dəfə artıraraq 415-ə çatdırıb. Onun sözlərinə görə, söhbət təkcə Bankın Azərbaycandakı bölmələrində çalışanlardan gedir, Gürcüstan və Türkiyədəki törəmə bankları birlikdə isə işçilərin ümumi sayı 460-470 nəfərdir. 

Son xəbərlər

Orphus sistemi