​"Paşa Bank" gələcək planlarını açıqlayıb

​"Paşa Bank" gələcək planlarını açıqlayıb Bank yaxın gələcəkdə xaricdə yeni filial və ya şöbə açmağı planlaşdırmır
Maliyyə
15 Fevral , 2016 14:41
​Paşa Bank gələcək planlarını açıqlayıb

Bakı. 15 fevral. REPORT.AZ/ "Paşa Bank" ASC yaxın gələcəkdə xaricdə yeni filial və ya şöbə açmağı planlaşdırmır. "Report"un verdiyi xəbərə görə, bu barədə "Paşa Bank"ın İdarə Heyətinin üzvü Şirin Əliyeva məlumat verib.

"Hazırda xaricdə - Gürcüstan və Türkiyədə iki bankımız fəaliyyət göstərir. Bu il xaricdə daha hər hansı filial yaxud şöbənin açılması kimi planımız yoxdur. Strateji müddətdə belə plan nəzərdə tutulmayıb. Bizim əsas məqsədimiz hazırkı biznes üçbucağını inkişaf etdirməkdir. Müştərilərə hazırda təkcə "Paşa Bank"ın Azərbaycandakı xidmətləri deyil, həmçinin Türkiyə və Gürcütanda olan banklarımızın xidmətlərini də təqdim edirik və bu müştəri bazası tərəfindən yaxşı qarşılanır", - deyə Ş.Əliyeva bildirib.

Onun sözlərinə görə, müştərilərlə münasibətdə şəffaflıq daha da artır ki, bu da riskləri tənzimləməyin asanlaşması deməkdir: "Əsas bizi sevindirən hal odur ki, korporativ müştərilər ölkədə - gömrük, vergi və s. sahələrdə aparılan islahatlara uyğun olaraq öz bizneslərində də islahat aparmağa hazırdır".

"Həmçinin biz öz müxbir banklarımıza da məlumat veririk ki, açıqlıq və şəffaflıq səviyyəsi daha da artırılsın. Bu səbəbdən, keçən illərdə olduğu kimi korporativ müştərilərə fərdi yanaşaraq bütün maliyyə xidmətlərinə dair dəyərləri, qiymət təhlilini fərdi qaydada aparırıq", - deyə Bank rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi