"Paşa Bank" fiziki şəxslərə də xidmət göstərəcək

"Paşa Bank" fiziki şəxslərə də xidmət göstərəcək Taleh Kazımov: "Ola bilər ki, gələcəkdə korporativ müştərilərimizin əməkdaşlarına da xidmətlər göstərək"
Maliyyə
11 Mart , 2016 10:44
Paşa Bank fiziki şəxslərə də xidmət göstərəcək

Bakı. 11 mart. REPORT.AZ/ "Paşa Bank" ASC bu ilin sonuna qədər Sumqayıt şəhərində yeni filial açacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə "Paşa Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

T.Kazımov, həmçinin "Paşa Bank"ın perspektivdə fiziki şəxslərə xidmət göstərə biləcəyini də açıqlayıb: "Hazırda bankımız ancaq korporativ müştərilərə xidmət göstərir. Ola bilər ki, gələcəkdə korporativ müştərilərimizin əməkdaşları olan fiziki şəxslərə də xidmətlər göstərək".

Son xəbərlər

Orphus sistemi