“PAŞA Bank” filial şəbəkəsini genişləndirir

“PAŞA Bank” filial şəbəkəsini genişləndirir Bu ilin sonuna qədər “PAŞA Bank” ASC Bakıda yeni filialını açacaq.
Maliyyə
8 Oktyabr , 2019 11:24
“PAŞA Bank” filial şəbəkəsini genişləndirir

Bu ilin sonuna qədər “PAŞA Bank” ASC Bakıda yeni filialını açacaq.

“Report” xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Bəhruz Nağıyev məlumat verib.

Bununla belə, “PAŞA Bank” rəsmisi yeni filialın yeri barədə məlumat verməyib.

“Bankımızın kredit portfeli böyüyür. Bu rəqəm iyul-avqust-sentyabr aylarında 200 milyon manat artaraq 1,7 milyard manata çatıb”, - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi