​"PAŞA Bank"da problemli kreditlərin həcmi artıb

​"PAŞA Bank"da problemli kreditlərin həcmi artıb Problemli kreditlərin ümumi kreditləşmədə xüsusi çəkisi isə təxminən 6 faiz bəndi azalıb
Maliyyə
5 May , 2015 13:34
​PAŞA Bankda problemli kreditlərin həcmi artıb

Bakı. 5 may. REPORT.AZ/ "PAŞA Bank" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 44,94% artaraq cari il aprelin 1-nə 1 381,7 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə kredit portfeli 68,19% artaraq 614,3 mln. manat olub. Kredit portfelinin 13,72%-nin və ya 84,3 mln. manatının ödəniş vaxtı keçib. Beləliklə, hesabata əsasən, Bankın problemli kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19,41% artsa da, kredit portfelində xüsusi çəkisində azalma müşahidə olunub. Ötən il aprelin 1-nə kredit portfelinin 19,33%-nin və ya 70,6 mln. manatının vaxtı keçibsə, cari il aprelin 1-nə vaxtı keçmiş kreditlərin portfeldə xüsusi çəkisi 13,72% və ya 84,3 mln. manat təşkil edib.

Hesabata əsasən, "PAŞA Bank"ın depozit portfeli illik müqayisədə 72,50% artaraq 2015-ci il aprelin 1-nə 694,4 mln. manata yüksəlib. 

Qeyd edək ki, Bankın nizamnamə kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,05% artaraq cari il aprelin 1-nə 333,0 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi