"PAŞA Bank" bu il 40 mln. manat mənfəət əldə etmək niyyətindədir

"PAŞA Bank" bu il 40 mln. manat mənfəət əldə etmək niyyətindədir Taleh Kazımov: "Bu, Bankın tarixində ən yüksək nəticədir"
Maliyyə
18 Oktyabr , 2016 10:48
PAŞA Bank bu il 40 mln. manat mənfəət əldə etmək niyyətindədir

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Bu ilin sonuna 40 mln. manat mənfəət əldə etməyi düşünürük. Bazarda sürpriz olmasa, bu nəticəni əldə edəcəyik".

"Report"un verdiyi xəbərə görə, bu barədə "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov bu gün yarımilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında çıxışında bildirib. 

Onun sözlərinə görə, "PAŞA Bank" cari ilin ilk 6 ayının nəticəsində 24 mln. manat həcmində mənfəət əldə edib. Bu da Bankın tarixində ən yüksək nəticədir: "Makroiqtisadiyyatı nəzərə alsaq, yüksək nəticədir. Bu, peşəkar komandanın olması, risk menecmentinin  bazardakı çağırışlara qarşı effektiv addımlar atmasının nəticəsidir".

T.Kazımov bildirib ki, Bank Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir: "Bu ilin ilk yarısını hər iki müəssisə gəlirlə başa vurub. Türkiyədə 6,7 mln. lirə, Gürcüstanda 2,2 mln. lari mənfəət əldə edlilib".

Qeyd edək ki, cəmi mənfəətdə (24 mln. manat) "PAŞA Bank"ın (Azərbaycan) payı 20 mln. manat təşkil edir, qalan hissə isə xaricdəki törəmə banklarının payına düşür.

"2017-ci ildə əsas istiqamət institusional inkişaf, müştərilərə dəstək olacaq", - deyə Bankın sədri qeyd edib.

Qeyd edək ki, "PAŞA Bank"ın cəmi kapitalı son bir ildə 28% artaraq 2016-cı il iyulun 1-nə 450,426 mln. manata, cəmi aktivləri 32% artaraq 2 224,983 mln. manata, kredit portfeli 28% artaraq 983,679 mln. manata, xalis mənfəəti 12,2 dəfə artaraq 24,416 mln. manata çatıb. Aktivlərin gəlirliliyi 1,10%, kapitalın gəlirliliyi 5,42% olub. Ötən ilin eyni dövründə isə bu göstəricilər müvafiq olaraq 0,12% və 0,57% təşkil edib.

Son xəbərlər

Orphus sistemi