​"PAŞA Bank" biznes mərkəzlərindən 4-nü bağlayıb

​"PAŞA Bank" biznes mərkəzlərindən 4-nü bağlayıb Biznes mərkəzlərinin bağlanması "PAŞA Bank"ın fəaliyyətinin optimallaşdırılması tədbirləri çərçivəsində həyata keçirilib
Maliyyə
6 İyun , 2016 09:52
​PAŞA Bank biznes mərkəzlərindən 4-nü bağlayıb

Bakı. 6 iyun. REPORT.AZ/ "PAŞA Bank" ASC Bakıda fəaliyyət göstərən 4 biznes mərkəzinin fəaliyyətini dayandırıb. Bu barədə "Report"a Bankdan məlumat verilib.

Məlumata görə, söhbət metronun "Xalqlar dostluğu", "Nəriman Nərimanov", "Gənclik" stansiyalarının yaxınlığındakı şöbələrdən, eləcə də Hüseyn Seyidzadə küçəsi, 16b ünvanında yerləşən "Mikrorayon" şöbəsindən gedir.

Biznes mərkəzlərinin bağlanması "PAŞA Bank"ın fəaliyyətinin optimallaşdırılması tədbirləri çərçivəsində həyata keçirilib. Bundan sonra Bank Bakıdakı müştərilərinə baş ofisi, eləcə də 3 biznes mərkəzi vasitəsilə xidmət göstərəcək. 

Qeyd edək ki, "PAŞA Bank"ın, həmçinin Gəncə və Zaqatalada 2 regional biznes mərkəzi var.

Son xəbərlər

Orphus sistemi