"PAŞA Bank" Azərbaycanda ilk dəfə sindikatlaşdırılmış kredit müqaviləsinə imza atıb

"PAŞA Bank" Azərbaycanda ilk dəfə sindikatlaşdırılmış kredit müqaviləsinə imza atıb 2018-ci ildə PAŞA Bank ASC Azərbaycanda ilk dəfə 13,5 mln dollarlıq sindikatlaşdırılmış kredit müqaviləsinə imza atıb.
Maliyyə
21 May , 2019 11:13
PAŞA Bank Azərbaycanda ilk dəfə sindikatlaşdırılmış kredit müqaviləsinə imza atıb

"2018-ci ildə "PAŞA Bank" ASC Azərbaycanda ilk dəfə 13,5 mln dollarlıq sindikatlaşdırılmış kredit müqaviləsinə imza atıb".

"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Taleh Kazımov 2018-ci ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Sindikat iştirakçıları dünya bankları və sığorta şirkətləri olur. Bu istiqamətdə biz həmin maliyyə indikatoru üzrə bu il daha çox iş görmək niyyətindəyik", - deyə T.Kazımov bildirib. 

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln manatdır. Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi