"PAŞA Bank" Avropa, Amerika və Asiyanın aparıcı bankları ilə görüşlər keçirəcək

"PAŞA Bank" Avropa, Amerika və Asiyanın aparıcı bankları ilə görüşlər keçirəcək "PAŞA Bank" regionu SİBOS 2015 beynəlxalq sərgisində təmsil edir
Maliyyə
12 Oktyabr , 2015 18:31
PAŞA Bank Avropa, Amerika və Asiyanın aparıcı bankları ilə görüşlər keçirəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Sinqapurda dünyada ən böyük maliyyə sektorunun nailiyyətləri – SİBOS konfrans-sərgisinə start verilib. Ötən illərdə olduğu kimi, tədbirdə təkcə Azərbaycandan deyil, bütövlükdə regiondan yeganə nümayəndə olan "PAŞA Bank" bank-eksponent qismində çıxış edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, builki SİBOS proqramı rəngarəngliyi ilə fərqlənir, mütəxəssislər son illərdə maliyyə sektorunda baş vermiş dəyişiklikləri, maliyyə xidmətləri sahəsində texnoloji meyilləri, qlobal miqyasda ödəniş proseslərinin inkişafında innovasiyaların rolunu, biznes proseslərində risklərin minimum səviyyəyə endirilməsi istiqamətində yeni imkanlar və s. məsələləri müzakirə edəcəklər.

"PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu tədbirin ilk növbədə əsas əhəmiyyəti onun hər il dünyanın maliyyə elitasını bir araya gətirməsidir.

"SİBOS 2015 çərçivəsində biz Avropa, Amerika və Asiyanın aparıcı bankları ilə işgüzar görüşlər planlaşdırmışıq. Görüşlərin müzakirə mövzusu yeni əlaqələrin qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi, regionun sahibkarları üçün dünya arenasında ixrac imkanlarının inkişaf etdirilməsi və s. digər məsələlərdir", - Taleh Kazımov bildirib.

Qeyd edək ki, hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan bu tədbir ənənəvi olaraq müxtəlif bölgələrdən olan böyük auditoriya kütləsini cəlb edir. Bir neçə gün ərzində iri bankların, maliyyə təşkilatlarının, eləcə də dünya maliyyə sektoru üçün avadanlıq və proqram təminatı istehsalçılarının və təchizatçılarının aparıcı nümayəndələri dövrün aktual mövzuları və gələcək mümkün meyllər barədə müzakirələr aparırlar.

1978-ci ildən keçirilən SİBOS-un təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). 2014-cü ildə Boston şəhərində (ABŞ) keçirilmiş SİBOS forumu 7 000 nəfərdən artıq iştirakçını cəlb edib. Növbəti il tədbir 26-29 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi